SİYASƏT
Şəkiyədək uzanan “Laçın dəhlizi”
14.04.2017 [19:48]
Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər bu gün də davam etdirilir. Bu günədək təkcə bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 250 min köçkün yeni mənzillə təmin olunub. Belə qəsəbələrdən biri də Şəki şəhərində salınıb. Yeni Çələbixan köçkünlər qəsəbəsi adlanan ərazidə bütün lazımi infrastruktur yaradılıb.