RƏSMİ


Prezident İlham Əliyev Yevlaxda Aran Regional İnkişaf Mərkəzi ilə tanış olub

Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzi ilə tanış olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Aran Regional İnkişaf Mərkəzinin foyesində təşkil edilmiş ixracyönümlü qeyri-neft məhsullarının sərgisi ilə tanış oldu.