RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Bolqarıstan Respublikasının keçmiş Prezidenti Rosen Plevneliyevi qəbul edib. AZƏRTAC xəbər verir ki, Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyev Azərbaycana gəlişindən həmişə olduğu kimi, böyük məmnunluq hissi keçirdiyini dedi. Azərbaycan Respublikasının Prezidenti ilə görüşlərinə toxunan Rosen Plevneliyev Prezident İlham Əliyevlə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair sənədi imzalamasını xüsusilə vurğuladı. Rosen Plevneliyev Prezident İlham Əliyevin uzaqgörən siyasətinin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi işinə töhfə verdiyini dedi.