Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə atışma: 1 polis ölüb, 3 nəfər yaralanıb

21.04.2017 [00:34]

Parisin mərkəzində naməlum şəxs avtomat silahdan polislərə atəş açıb. Bir polis yerindəcə həlak olub. Atışmada silahlı şəxs öldürülüb. Onun xüsusi xidmət orqanlarının siyahısında olduğu bildirilir. Həmçinin Parisin digər hissəsində də atışma baş verməsi xəbəri verilib. ABŞ Prezidenti Donald Tramp hadisəni terror aktı adlandırıb. Lakin Fransa polisi hələ ki hadisə ilə bağlı açıqlama verməyib.