RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul edib. AZƏRTAC xəbər verir ki, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2017” superturnirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov bildirdi ki, bu cür mötəbər turnirin keçirilməsi həm Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfəsini verir...