Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər yüksək texnologiyalı protezlərlə təmin edilib
24.04.2017 [13:20]
Xəbərin mətni
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi üzrə işlər başa çatdırılıb.
Bu barədə AZƏRTAC-a Heydər Əliyev Fondundan məlumat verilib.