RƏSMİ


Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymini qəbul edib. AZƏRTAC xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin xarici siyasətimizin mühüm bir hissəsini təşkil etdiyini və Azərbaycanın bu təşkilatın çox fəal üzvü olduğunu vurğulayan Prezident İlham Əliyev son illərdə ölkəmizdə bu qurumun fəaliyyəti ilə bağlı nazirlər səviyyəsində bir sıra mühüm tədbirlərin keçirildiyini qeyd etdi.