MƏDƏNİYYƏT


Bakıda UNESCO direktorlarının 2-ci akademik forumu keçirilir

Mayın 4-də Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO mədəniyyətlərarası və dinlərarası kafedralarının 2-ci akademik forumu keçirilir. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva forumu açaraq müzakirə ediləcək mövzuların aktuallığından danışıb. Bildirib ki, Azərbaycan tərəfi bu toplantıya böyük əhəmiyyət verir. Çünki 2015-ci ildə III Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bu toplantının birincisi Bakıda təşkil edilib.