RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev görkəmli alim, akademik Rəfiqə Əliyevanın hüzr mərasimində iştirak edib

Mayın 8-də Heydər Məscidinə tanınmış kimyaçı alim, akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyevanın hüzr mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hüzr mərasimində iştirak edib.