Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanına səfərə gəlib
21.05.2017 [12:35]
Xəbərin mətni
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığına səfərə gəlib.
Ər-Riyad şəhərinin “King Salman Air Base” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.