Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Sərhəd-Sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər başlayıb

29.05.2017 [18:26]

Xəbərin mətni
Mayın 29-da Azərbaycanın Rusiya Federasiyası ilə sərhədyanı rayonlarının ərazisində "Sərhəd-Sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər başlayıb. AZƏRTAC xəbər verir ki, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.