Londonda sürücü avtomobili piyadaların üzərinə sürüb: ölən və yaralananlar var
04.06.2017 [03:19]
İngiltərənin paytaxtında London-Bridc körpüsü üzərində sürücü avtomobili sərnişinlərin üzərinə sürüb.
AZƏRTAC TASS agentliyində istinadla xəbər verir ki, polis London körpüsü üzərində baş verən hadisəni terror aktı kimi nəzərdən keçirir. Hadisə nəticəsində 1-dən çox insan ölüb, 20-dən artıq yaralı var.