MƏDƏNİYYƏT


Parisdə Vaqif Səmədoğlunun kitabının təqdimatı keçirilib

Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin, Azərbaycan Evinin birgə təşkilatçılığı və Səməd Vurğun ev-muzeyinin maliyyə dəstəyi ilə Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq Şairi Vaqif Səmədoğlunun fransız dilində nəşr olunmuş “Bir gün təbəssüm olmuşdum” kitabının təqdimatı keçirilib.