Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABİDƏLƏRİMİZ: Naxçıvanın Qazma mağarası - REPORTAJ

10.06.2017 [15:50]

Şərur rayonu ərazisindəki Qazma mağarası, Naxçıvanın nəinki Azərbaycanda, həmçinin dünyadakı ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edən abidələrdəndir. Qazma mağarası Şərur rayonunun Tənənəm kəndindən 3 kilometr şimal-şərqdə, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Mustiye mədəniyyəti dövrünə aid olan bu abidə dünya arxeologiyasında ilk insan məskəni kimi özünəməxsus yerə malikdir.