MƏDƏNİYYƏT


Bakıda Qobustan Milli Tarixi Bədii Qoruğunun yaradılmasının 50 illiyi qeyd edilir

İyunun 13-də Bakıda Qobustan Milli Tarixi Bədii Qoruğunun yaradılmasının 50 illiyinə və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” adlı beynəlxalq elmi konfrans işinə başlayıb. Konfrans Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.