SİYASƏT


YAP-ın təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib

İyunun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan "Azərbaycan dünyaya günəş kimi doğacaq" mövzusunda konfrans keçirilib. Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov konfransda çıxış edərək 15 İyunun Azərbaycan tarixində özünəməxsus yerindən danışıb, bu günün xalqımızın taleyində dönüş anı olduğunu vurğulayıb.