Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük yolun mərhələləri
Asiyat Fətullayeva Azərbaycan milli fotoqrafiya sənəti ilə bağlı yeni layihəyə başlayıb

17.06.2017 [13:39]

Xəbərin mətni
ArtFaktor fotoagentliyinin baş direktoru və sahibi, fotoqraf-rəssam Asiyat Fətullayeva XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycanın görkəmli fotoqraf-rəssamlarının yaradıcılığına həsr etdiyi fotoalbomlar-monoqrafiyalar seriyasını buraxılışa hazırlayır. AZƏRTAC xəbər verir ki, bu iriformatlı nəşrlərdən hər biri bu və ya digər fotoqraf-rəssam haqqında müfəssəl bioqrafik məlumat və onun müxtəlif illərdə yaratdığı əsərlərinin panoramı ilə müşayiət ediləcək.