AZƏRTAC-ın saytının zəif görənlər üçün versiyası istifadəyə verilib
19.06.2017 [10:28]
Xəbərin mətni
Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın veb-səhifəsinin zəif görənlər üçün versiyası istifadəyə verilib.
Saytın bu versiyasına agentliyin əsas veb-səhifəsinin (azertag.az) yuxarı sağ küncündə yerləşdirilmiş “göz” işarəsi və ya special.azertag.az ünvanı vasitəsilə daxil olmaq mümkündür. Agentliyin xəbərlərini bu versiyada zəif görənlər daha rahat oxuya bilərlər. AZƏRTAC-ın əsas saytında yayılan informasiyalar bu səhifədə də təkrarlanır.