Pakistanda partlayışlarda ölənlərin sayı 57-yə çatıb
24.06.2017 [12:27]
Xəbərin mətni
Pakistanın Paraçinar şəhərindəki ticarət mərkəzində baş verən partlayışlarda həlak olanların sayı 57-yə çatıb.
Pakistan mətbuatının verdiyi məlumata görə, 300-dən artıq insan yaralanıb. Onların arasında uşaqlar, qadınlar, qocalar da var. Yaralananların çoxunun vəziyyəti ağırdır.