Səhnədə gözlənilməz qonaq
01.07.2017 [15:56]
İzmirdə Vyana Kamera Orkestrinin ifası zamanı qəflətən səhnəyə labrador cinsli it çıxıb. O, asta-asta səhnənin ortasına yaxınlaşıb və bir qədər dayandıqdan sonra skripkaçının yanında oturub. Tamaşaçılar labradoru alqışlarla qarşılayıblar. İtin səhnəyə necə çıxması qaranlıq qalıb.
Video: Fazıl Say
Video: Fazıl Say