CƏMİYYƏT


Qazaxıstanın "Xabar 24" televiziya kanalı Azərbaycan pavilyonu haqqında reportaj yayımlayıb

Reportajda Astanada "EXPO 2017 - Gələcəyin enerjisi" Beynəlxalq sərgisindəki Azərbaycan pavilyonunda Milli Gün təşkil olunması barədə məlumat verilib. "EXPO 2017"də Azərbaycanın öz Milli Gününü bayram etdiklərini vurğulayan, Jurnalist Gülnarə Həsən ölkənin zəngin mədəniyyəti onun təqdim etdiyi sərgidə də nümayiş etdirildiyini bildirir. Diqqətə o da çatdırılır ki, pavilyonda LED-ekranın köməyi ilə Azərbaycanın adət-ənənələri, mədəniyyəti barədə iştirakçılara məlumat verilir, təşkil edilən virtual turun köməyilə izləyicilər xalça üzərində Bakıya, Azərbaycanın digər görməli yerlərinə səyahət edirlər.