Milli Məclisin bir qrup deputatı Alxanlı kəndində olub
13.07.2017 [16:48]
Xəbərin mətni
Milli Məclisin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və bir qrup deputat iyulun 13-də Füzuli rayonunun Alxanlı kəndinə səfər edib.
Deputatlar Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində mülki şəxslər – Sahibə Allahverdiyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olduğu yerə baxış keçiriblər.