DÜNYA


Çində yaşayış binasının yanması nəticəsində ölənlərin sayı 22-yə çatıb

Çində yaşayış binasının yanması nəticəsində ölənlərin sayı 22-yə çatıb, 3 nəfər yüngül xəsarət alıb. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Çinin Dövlət Televiziyası məlumat yayıb. Çinin şərqində yerləşən Çiyansu vilayətində baş verən yanğın söndürülüb. İnsidentin səbəbləri araşdırılır.