Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı belaruslu videobloggerin gözü ilə

18.07.2017 [17:00]

Sosial şəbəkələrdə məşhur olan minskli blogger Karolina Kononoviç Belorusiyadan olan bir qrup səyyahla Bakıya gəlib. O, Azərbaycanın paytaxtı ilə bağlı ilk videosunu artıq təqdim edib. Blogger videosunda Bakının görüntülərini, dənizkənarı parkı, hətta metronu da çəkib.