Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyada avtobus ayağı qapıda qalan uşağı sürüyüb

23.07.2017 [12:07]

Rusiyanın Norilsk şəhərində sərnişin avtobusu ayağı qapıda qalan dördyaşlı qızı yolda bir neçə metr özü ilə sürüyüb. Hadisə şəhərin müşahidə kameralarına düşüb. AZIRTAC NTV-yə istinadən xəbər verir ki, xoşbəxtlikdən uşaq sıyrıntı və yaralarla xəstəxanaya çatdırılıb.