Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Atəşkəs rejimi 144 dəfə pozulub

28.07.2017 [09:52]

Xəbərin mətni
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Respublikasının Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı, Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu, Gədəbəy rayonunun Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.