CƏMİYYƏT


Qarabağ atları dünyada ən qədim mədəni at cinslərindəndir

Respublikamızın dilbər guşələrindən olan Qarabağ füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nəfis xalçaları ilə yanaşı, həm də nadir cins atları ilə dünyada tanınır. Azərbaycanın milli sərvəti olan Qarabağ atları dünyada ən qədim mədəni at cinslərindən olmaqla, əsrlərboyu aparılan хalq seleksiyası sayəsində Qarabağ bölgəsində formalaşıb.