Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dubayda 79 mərtəbəli binada yanğın olub

04.08.2017 [02:53]

Dubayda dünyanın ən hündür göydələnlərindən biri olan 79 mərtəbəli Torch Tower binası alova bürünüb. AZƏRTAC xəbər verir ki, Gulfnews qəzetinin saytında yerləşdirilən məlumata görə, 9-cu mərtəbədə başlanan yanğın yuxarı mərtəbələrə keçib. Alovun qarşısının alınmasında şəhərin 4 yanğınsöndürmə stansiyasının əməkdaşları cəlb edilib. Binada yaşayanların xəsarət alması barədə məlumat verilmir. Oxşar yanğın hadisəsi bu binada 2015-ci ildə də baş vermişdi.