“Dəniz kuboku-2017” müsabiqəsində Azərbaycanın hərbi dənizçiləri növbəti uğurlarını qazanıblar
08.08.2017 [11:19]
Xəbərin mətni
“Dəniz kuboku-2017” müsabiqəsinin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizod icra edilib.
Epizodun icrası ilə bağlı yekun nəticələrə dair beynəlxalq hakimlər kollegiyasının qərarına əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G-124” gözətçi gəmisinin ekipajı ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb.