MƏDƏNİYYƏT


Çənlibel gölü Qubaya gələn turistlərin sevimli istirahət məkanına çevrilib

Qubanın İkinci Nügədi kəndindəki Çənlibel gölü rayona gələn turistlərin sevimli istirahət məkanına çevrilib. Həm yay, həm də qış aylarında gölün ətrafında yerli və əcnəbi qonaqlara rast gəlmək olar. Qızmar yay günlərində əsrarəngiz təbiət mənzərələrini seyr etmək üçün gələnlərin sayı yüzlərlədir. Rayon mərkəzindən təxminən 14 kilometr məsafədə yerləşən Çənlibel gölünə gələn xarici turistlər arasında ərəblər üstünlük təşkil edir.