MƏDƏNİYYƏT


“Jara-2017” Beynəlxalq Musiqi Festivalının qala-konserti Rusiyanın Birinci kanalında yayımlanıb

İyulun 27-dən 30-dək Bakıda - Xəzərin sahilində keçirilən “Jara-2017” Beynəlxalq Festivalı musiqi aləmində yayın ən qaynar hadisəsi olub. 800-dən çox musiqiçinin iştirak etdiyi bu festivalı canlı olaraq 40 mindən çox tamaşaçı izləyib. Festivalın birinci gününün qala-konserti Rusiyanın Birinci kanalında yayımlanıb. Qala-konsert atəşfəşanlıqla başlayıb və ilk olaraq EMİN, Ani Lorak və Valeriyanın birgə ifasında “Bakıya qaçaq” mahnısı səsləndirilib.