MƏDƏNİYYƏT


Rusiyanın Birinci kanalında Müslüm Maqomayev haqqında sənədli filmin premyerası olub

Avqustun 12-də Rusiyanın Birinci kanalında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilən “Net solntsa bez tebya” (“Sənsiz günəş yoxdur”) adlı sənədli filmin premyerası olub. “Media Konstruktor” şirkətinin istehsal etdiyi filmin rejissoru Aleksandr Tyapovdur.