Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Sərhəd Xidməti Xəzər dənizində taktiki təlim keçirib

15.08.2017 [11:04]

Xəbərin mətni
Avqustun 12-14-də “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirməklə terrorçu qrupların zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda taktiki təlim keçirilib.