Portuqaliyada festivalda ağacın aşması nəticəsində 12 nəfər ölüb
15.08.2017 [23:03]
Portuqaliyanın Madeyra adasında dini festival zamanı 200-dən çox yaşı olan palıd ağacının aşması nəticəsində 12 nəfər ölüb, 52 nəfər isə xəsarət alıb. Ölənlər arasında bir uşaq var. Xəsarət alanların əksəriyyəti xarici zəvvarlardır.