Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya Skaut Konfransının iştirakçıları üçün Azərbaycan mədəniyyəti gecəsi təşkil edilib

17.08.2017 [10:40]

Xəbərin mətni
Avqustun 16-da Dünya Skaut Konfransının iştirakçıları üçün “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Azərbaycan mədəniyyəti gecəsi təşkil edilib. Qonaqlar əvvəlcə “Atəşgah məbədi” ilə yaxından tanış olublar. Konfrans iştirakçılarına məlumat verilib ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi”, demək olar, bütün dünyada tanınır.