Azərbaycan-Koreya parlamentlərarası əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib
17.08.2017 [15:10]
Xəbərin mətni
Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Koreya Respublikası Milli Assambleyasının bir qrup deputatı avqustun 17-də Azərbaycan Respublikası Milli Məclisində olub.
Görüşdə Dünya Skaut Konfransının əhəmiyyəti, Azərbaycanda Koreya şirkətlərinin fəaliyyəti, parlamentlərarası əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb.