Barselona terrorçusunun görüntüsü yayıldı
17.08.2017 [23:26]
Xəbərin mətni
Barselonada idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürərək terror aktı törədən sürücünün şəxsiyyəti müəyyən edilib. AZƏRTAC xəbər verir ki, Mülki Qvardiyadakı mənbənin yaydığı məlumata görə, bu, Dris Oukabir adlı şəxsdir. Məlumata görə, terrorçu mikroavtobusu Barselonanın Santa-Perpetua-de-Moqoda əyalətində icazərəyə götürüb.
Xatırladaq ki, terror aktı nəticəsində 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.