Azərbaycan Dövlət İnformasiya Agentliyi

Barselonada həlak olan və yaralananlar arasında indiyədək Azərbaycan vətəndaşının olması qeydə alınmayıb

18.08.2017 [11:42]

Xəbərin mətni
Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyindən verilən məlumata görə, Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb. Səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir.