Finlandiyada naməlum şəxs bıçaqla insanlara hücum edib: ölən və yaralananlar var
18.08.2017 [23:16]
Xəbərin mətni
Finlandiyanın Turku şəhərində naməlum şəxsin bıçaqla insanlara hücum etməsi nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, polis atəş açaraq həmin şəxsi ayağından yaralayıb və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hadisə terror aktı kimi dəyərləndirilməyib.