Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Rusiyanın Birinci kanalında “Jara-2017”nin qala-konsertinin ikinci hissəsi yayımlanıb

19.08.2017 [12:52]

Xəbərin mətni
İyulun 27-dən 30-dək Bakıda - Xəzərin sahilində keçirilən “Jara-2017” Beynəlxalq Festivalı musiqi aləmində yayın ən qaynar hadisəsi olub. Azərbaycanla yanaşı, Rusiya, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Baltikyanı və digər ölkələrdən 800-dən çox musiqiçinin iştirak etdiyi bu festivalı canlı olaraq 40 mindən çox tamaşaçı izləyib. Lakin izləyə bilməyənlər üçün də xoş fürsət yaranıb. Festivalın qala-konsertinin ikinci hissəsi Rusiya Televiziyasının Birinci kanalında yayımlanıb.