Prezident İlham Əliyev Gədəbəydə limonad zavodunun açılışında iştirak edib
20.08.2017 [15:57]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Gədəbəy Mineral Suları” MMC-nin illik istehsal gücü 6 milyon litr olan limonad zavodunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müəssisə ilə tanış oldu.
Məlumat verildi ki, Gədəbəy rayonunun Zəhmət kəndində, iki hektar ərazidə fəaliyyətə başlayan və ümumi dəyəri 4 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,6 milyon manat güzəştli kredit verilib.