RƏSMİ


Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin açılışında iştirak edib

Təməli 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin avqustun 20-də açılışı olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev açılışda iştirak edib. Prezident İlham Əliyev Logistika Mərkəzini işə saldı. Məlumat verildi ki, ümumi dəyəri 100 milyon manatdan çox olan “Şəmkir Aqroparkı”nda həyata keçirilən layihələrə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat dövlətin güzəştli krediti verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır