SİYASƏT


Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir

Avqustun 21-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu işə başlayıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin Forumu açıq elan edərək bəşəriyyəti narahat edən aktual problemlərin həlli işinə gənc liderlərin cəlb olunması baxımından bu mühüm tədbirin əhəmiyyətini vurğulayıb.