MƏDƏNİYYƏT


“Gəncə Marafonu-2017”də artıq 1000-dən çox iştirakçı qeydiyyatdan keçib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə sentyabrın 17-də təşkil olunacaq “Gəncə Marafonu-2017”də iştirak üçün artıq 1000-dən çox şəxs qeydiyyatdan keçib. AZƏRTAC xəbər verir ki, “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında ilk dəfə keçiriləcək “Gəncə Marafonu-2017”də qeydiyyat avqustun 14-dən başlayıb və sentyabrın 17-dək davam edəcək. “Gəncə Marafonu-2017”yə 16 yaşdan yuxarı hər kəs əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər.