Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır
24.08.2017 [11:04]
Xəbərin mətni
Avtonəqliyyat vasitələrinin və vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Quba-Xaçmaz avtomobil yolunda “Azəravtoyol” ASC tərəfindən təmir-bərpa işləri aparılır.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 22 kilometr təşkil edir. Yolun 5,5 kilometrlik hissəsinə artıq yeni asfalt-beton örtüyü döşənib, digər hissələrdə isə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi, yararsız qruntun qazılaraq çıxarılması...