SİYASƏT


Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi uğurla davam etdirilir

Avqustun 24-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cocuq Mərcanlı kəndində məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub. Baş nazirin müavini əvvəlcə Cocuq Mərcanlıda tikintisi başa çatmış 50 evə köçürülən sakinlərlə görüşüb söhbət edib, onların müraciətlərini dinləyib.