RƏSMİ


Prezident İlham Əliyev “Buta Airways” aviaşirkətinin Bakıya gətirilən ilk “Embraer 190” təyyarəsi ilə tanış olub

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində yaradılan “Buta Airways” aviaşirkətinin Bakıya gətirilən ilk “Embraer 190” təyyarəsi ilə tanış olub. Azərbaycanda turizmin inkişaf etdirilməsi dövlətin əsas prioritet sahələrindən biridir. Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə turizm obyektlərinin yaradılması ilə yanaşı, nəqliyyat infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.