SİYASƏT


Astanada Elm və Ümumdünya Məsələləri üzrə 62-ci Paqouş konfransı keçirilir

Konfransın plenar iclasında çıxış edən Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bir sıra mühüm məsələlərə toxunub. Hər il Paqouş konfranslarında vacib məsələlərin müzakirə olunduğunu bildirən Azay Quliyev bu cür tədbirlərin beynəlxalq tərəfdaşların sıx iştirakı ilə nüvə silahının yayılmasının qarşısının alınmasına, terrorla mübarizəyə və regional təhlükəsizlik problemlərinin həllinə kömək etdiyini deyib.