“Astana Ekspo-2017” beynəlxalq sərgisində Azərbaycan stendi ən çox ziyarət edilən pavilyonların ilk beşliyinə daxil olub
28.08.2017 [14:38]
Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “Astana Ekspo-2017” beynəlxalq sərgisində Azərbaycan stendi ən çox ziyarət edilən pavilyonların ilk beşliyinə daxil olub. Beynəlxalq sərginin başladığı vaxtdan, yəni iyunun 10-dan bu günə qədər “Astana Ekspo-2017”-ni ümumilikdə 3 126 950 nəfər ziyarət edib.