CƏMİYYƏT


Bakıda MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XVII sessiyası işə başlayıb

Sentyabrın 5-də Bakıda MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XVII sessiyası keçirilir. MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakı sessiyasında 7 ölkənin Ali Audit Qurumunun 25 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir. Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov sessiyanın məqsədi, mövzusu barədə məlumat verərək ali audit qurumlarının fəaliyyəti üçün əhəmiyyətindən danışıb.